ABŞ-ın Ratqer Universitetinin alimləri qəhvənin tərkibində (kofeinlə birgə) Parkinson və Levi cisimcikli demensiya kimi xəstəliklərin inkişafını ləngidən maddənin olduğunu aşkarlayıb.
Kanal24 xəbər verir ki, tədqiqatın nəticələri “MedicalXpress” nəşrində dərc olunub.
Məlum olduğu kimi, qəhvə dənələrinin üz qabığında “eykozanoil-5-hidriksitriptamid” (EHT) maddəsi yerləşir. Əvvəlki araşdırmalar göstərib ki, EHT beyində yaşla əlaqədar neyrodegenerativ xəstəliklərin formalaşmasına yol açan zülalın yığılmasına əngəl olur.
Bu, o deməkdir ki, müntəzəm qəhvə qəbulu insan orqanizmində neyrodegenerativ xəstəliklər arasında ikinci yerdə gələn Parkinson xəstəliyi və Levi cisimcikli demensiyanın inkişafını ləngitməyə və hətta tamamilə dayandırmağa qadirdir.
İndi alimlər insanlarda bu kimi halların qarşısını almaq üçün EHT və kofeinin hansı miqdarda kombinasiyasından istifadə edilməli olduğu üzrə araşdırma aparır.