KANAL24.AZ
Az Iw En Ru

“Barselona”nın qapıçısı La Liqa tarixinə düşdü

“Barselona”nın qapıçısı Kladio Bravo İspaniya La Liqasının tarixinə düşüb. 

 

Kanal24.az xəbər verir ki, La Liqanın son turunda “Rayo Valekano” ilə oyunda qapısını toxunulmaz saxlayan qolkiper bu seriysını 7-ə çatdırıb. 

Bununla da o, La Liqa tarixində ən uzun müddətli “quru” seriyasının müəllifi olub. Onun seriyası 630 dəqiqəyə çatıb.

Bundan əvvəlki rekord da Kataloniya klubunun qapıçısına məxsus olub. 1977/78 mövsümündə “Barselona”nın qapıçısı Pedro Mario 6 oyun, 561 dəqiqə qapısında qol görməyib. 


23:00 05.10.2014
Xəbər lenti
Bütün xəbərlər