KANAL24.AZ
Az Iw En Ru

Temperatur enəcək: qar, yağış, külək

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

 

Havanın temperaturu Abşeronda gecə 9-13, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, noyabrın 11-i axşam, 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Sabah günün ikinci yarısından 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


05:13 11.11.2018
Xəbər lenti
Bütün xəbərlər