KANAL24.AZ
Az Iw En Ru

Bakı meriyasından 70 yaşlı süpürgəçinin ölümü ilə bağlı AÇIQLAMA: "Qəza iş saatında baş verməyib" (ÖZƏL)

Xəbər verdiyimiz kimi, Bakıda avtobus 70 yaşlı süpürgəçi qadını vuraraq öldürüb.

 
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızınının dünyasını dəyişdiyi qəza iş saatında baş verməyib.
 
İcra Hakimiyyətindən bildirilib ki, dünyasını dəyişən qadın 2015-ci ilə qədər Nizami rayonun Mənzil Kommunal Təsərrüfat Birliyində və daha sonra 34 nömrəli MİS-də xadimə işləyib. 2015-ci ildə Bəsti Eyvazova işdən çıxıb və dünyasını dəyişənə qədər xadimə işləməyib. Qəzada dünyasını dəyişən şəxs səhər evdən işə gələrkən yolda onu avtobus vurub. Nəticədə Bəsti Eyvazova dünyasını dəyişib.
 
 
 
 
 
 

21:46 08.11.2018
Xəbər lenti
Bütün xəbərlər