KANAL24.AZ
Az Iw En Ru

Sərhəddə ermənilərin kütləvi köçü - Təmirsiz binalar, damları uçuq evlər...(VİDEO)

Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur.

 
Naxçıvanla həmsərhəd olan kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub.
 
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Arevis kəndi də öz acınacaqlı halı ilə bunu təsdiq edir.
 
Kəndin küçələrindəki cığırları ot basıb. Yolların kələ-kötür, səliqəsiz relyefi ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər 21-ci əsrdəki erməni kəndlərinin real simasına çevrilib.
 
Kanal24 Nuhçıxan TV-yə istinadən Ermənistanın Arevis kəndinin görüntülərini təqdim edir:
 
 
 
 

15:10 31.10.2018
Xəbər lenti
Bütün xəbərlər