KANAL24.AZ
Az Iw En Ru

Əri həbs olunan qadının törətdiyi dəhşətli əməllər - Xərac toplamaq, adam güllələtmə... (VİDEO)

Adanada bir çox cinayətdə əli olduğu üçün axtarışda olan "Xanım ağa” ləqəbli qrup lideri Gülşah Demir kofe satan biri kimi kamuflyaj etmiş polis məmuru tərəfindən saxlanılıb.

 
Kanal24 Türkiyə mətbuatına istinadən xəbər verir ki, əri həbsxanaya girdikdən sonra "silahlı cinayətkar dəstə”ni idarə etmək, fahişəxanalardakı qadınlardan xərac almaq, silah və narkotik ticarəti ilə məşğul olmaq kimi bir çox cinayətlərdə əli olan qadının barəsində 30 il 7 ay 20 gün həbs cəzası tələb olunub.
 
Sümük qıran, işgəncə aləti, Kalaşnikov və mişar daşıdığı iddia edilən "Xanım ağa" ləqəbli qadın burunun altındakı xalından tanınıb.
 
Belə ki, 2012-ci ildə polisin keçiridiyi əməliyyat sayəsində "silahlı cinayətkar dəstə” üzvləri saxlanılıb. Əməliyyat zamanı qrupun rəhbəri Levent Demir və 2 silahdaşı həbs edilib. Dəstə rəhbəri saxlanılmasına baxmayaraq cinayətkar dəstə fəaliyyətini davam etdirib. Dəstə rəhbəri Levent Demirin həyat yoldaşı Gülşah Demir işləri idarə etməyə başlayıb.
 
Əməliyyat keçirən polis əməkdaşları dəstə üzvlərini və L.Demirin həyat yoldaşını izləməyə başlayıb.
Bu müddət ərzində dəstə üzvlərinin G.Demirin rəhbərliyi ilə 8 fərqli şəxsdən xərac tələb etdiyi, veməyənləri təhdid edib döydüyü, zorla gizli məkanlarında saxladığı, işgəncə verdiyi, bəzilərinin isə sümüklərini qırdığı üzə çıxıb.
 
Həmçinin dəstə üzvlərinin "Xanım ağa"nın təlimatıyla narkotik ticarəti etdiyi, və bir iş adamına məxsus maşını güllələtdiyi təsbit edilib.
 
Bundan başqa dəstənin fahişəxanalardakı qadınların adına bahalı avtomobillər aldığı, pullarını da onlara ödətdiyi məlum olub. Bildirilir ki, həmin qadınlar pulu ödəməsələr əllərini mişarla doğrayacaqları ilə təhdid edilib.
 
2015-ci ildə "Xanım ağa”nın saxlanılaraq 30 il 7 ay 20 gün həbs olunması barəsində məhkəmə tərəfindən qərar verilsə də onun axtarışları davam etdirlirib. Hər gün fərqli geyim tərzi, fərqli saç düzümü ilə özünü dəyişdirən G.Demir qərardan 3 il sonra saxlanıla bilib.
 
"Xanım ağa"nı axtaran polislərə qadının burnu ilə dodaqları arasında xal olduğunu açıq aydın göstərən fotoları şəhəri axtarışda olan şəxslər sırasında paylaşıb. Polis bunun üzərinə Qurtuluş Məhəlləsində Qəhvəçi qılığına girərək Gülşah Dəmiri tutmaq üçün işə başlayıb. Polis məmuru özünü Demir ailəsinə məxsus evin yerləşdiyi məhəllədə kofe satan biri kimi kamuflyaj edib.
 
Bir müddət sonra Demir ailəsinin qaldığı evdən bir qadının çıxdığını görüblər. Polis qadını elə xalından tanıyıb. O Gülşah Demir olmadığını, hörmətli bir şəxs olduğunu irəli sürüb. Saxlanılan qadın polisin səhv etdiyini desə də polis bölməsinə aparılıb. 
 
Evə baxış zamanı oradan çox sayda silah-sursat və işgəncə aləti aşkarlanıb. 
 
Burada onun barmaq izi alınıb və Gülşah Demir olduğu təyin edilib. Bölmədəki əməliyyatlardan sonra məhkəməyə aparılıb. Orada həbs olunan qadın cəza evinə göndərilib. Hazırda G.Demirin həyat yoldaşı L.Demir hələ də həbsxanadadır.
 
 
 
 

18:30 25.10.2018
Xəbər lenti
Bütün xəbərlər