KANAL24.AZ
Az Iw En Ru

Hava yağmurlu və küləkli olacaq

Sabah Azərbaycan ərazisində hava yağmurlu və küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Kanal24.az bildiriblər ki, oktyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal –qərb küləyi əsəcək, gündüz 9-14 m/s, axşam arabir 18 m/s olacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 13-15° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Azərbaycanın bəzi bölgələrində oktyabrın 6-da hava yağmurlu olacaq.Qərb küləyi arabir güclənəcək. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 10-14°, gündüz 16-20° isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 2-7°, gündüz 7-12° isti olacaq.


21:38 05.10.2014
Xəbər lenti
Bütün xəbərlər