KANAL24.AZ
Az Iw En Ru

"Dostum İlham Əliyevə təşəkkür edirəm" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Star" neft emalı zavodunun fəaliyyətə başlaması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

 
Kanal24 xəbər verir ki, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı deyib.
 
"İzmirdə açılığını etdiyimiz "Star" neft emalı zavodunun xeyirli olmasını arzulayıram. Bu, Azərbaycanın ümumilikdə Türkiyəyə qoyduğu 10 milyard dollarlıq investisiyadır. Ən böyük neft emalı zavodlarından biri kimi fəaliyyət göstərəcək olan bu zavod sayəsində cari kəsirimiz də 1,5 milyard dollar azalacaq. Bu investisiyanın həyata keçirilməsinə görə dostum İlham Əliyevə bir daha şəxsim və millətim adından təşəkkür edirəm", - deyə Ərdoğan bildirib.

21:34 23.10.2018
Xəbər lenti
Bütün xəbərlər