KANAL24.AZ
Az Iw En Ru

Ardıcıl 31 ildir dünyanın ən yaxşı aeroportu seçilir VİDEO

Sinqapurun Çanqi hava limanı ardıcıl 31 ildir dünyanın ən yaxşı aeroportu seçilib. Kanal24 “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Çanqi “Business Traveller Awards 2018” mükafatının versiyası üzrə bu ada layiq görülüb.

 
Amsterdamın Sxiphol aeroportu “Avropada ən yaxşı aeroport” nominasiyasında birinci yer tutub. Londonun Hitrou hava limanı “tax free” sistemi üzrə ƏDV məbləğini qaytarmaq istəyən şopinq həvəskarları üçün dünyada ən yaxşı hesab olunub. “Ən yaşı loukoster” kateqoriyasında qələbəni Böyük Britaniyanın “EasyJet” şirkəti qazanıb.
 
Qeyd edək ki, “Business Traveller Awards” mükafatı 1988-ci ildən bəri həri il təqdim olunur və oxucu səsverməsinin nəticələrinə əsaslanır.
 
 
 
 
 

19:28 21.10.2018
Xəbər lenti
Bütün xəbərlər