KANAL24.AZ
Az Iw En Ru

Dağıstanda İŞİD-çilər məhv edildi

Dağıstanda xüsusi əməliyyat nəticəsində İŞİD (İslam Dövləti) terror qruplaşması ilə əlaqəli olan iki silahlı məhv edilib. 

Əməliyyat Xasavyurt rayonunun Endirey kəndində keçirilib. 

Əməliyyat zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki xüsusi təyinatlısı və “Rosqvardiya”nın bir əməkdaşı yaralanıb. 

Bildirilir ki, öldürülən İŞİD-çilər hüquq-mühafizə orqanları əməkdaşlarına hücumlarda, habelə bu il Komsomolsk kəndində iki polis əməkdaşının qətlində iştirak ediblər. 

 


05:59 14.10.2018
Xəbər lenti
Bütün xəbərlər