KANAL24.AZ
Az Iw En Ru

Prezident jurnalistin sağlıq durumu ilə bağlı göstəriş verdi

"Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsi üçün müvafiq göstəriş verib".

Kanal24 xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat yayıb.

Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib.


00:20 13.10.2018
Xəbər lenti
Bütün xəbərlər