KANAL24.AZ
Az Iw En Ru

Kadırov Nurməhəmmədova avtomobil bağışladı - VİDEO

Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.

Kanal24 xəbər verir ki, çeçen başçı hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov Fondu adından bağışlayıb.

Bundan başqa, o, Həbibin atası olan məşqçisi Əbdülmanaf Nurməhəmmədova Çeçenistanın “Əməkdar bədən tərbiyəsi işçisi” fəxri ünvanı verilməsi haqqında sərəncam imzalayıb.
 
 
 
 

Qroznı şəhərinin meri İbrahim Zakriyev isə Həbib Nurməhəmmədova “Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu verib.

 


17:50 12.10.2018
Xəbər lenti
Bütün xəbərlər