KANAL24.AZ
Az Iw En Ru

Ramzan Kadırov Həbibi belə qarşıladı - VİDEO

Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışlarında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.

 
Kanal24 xarici mətbuata istinadən xəbər verir ki, Kadırov hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov fondu adından bağışlayıb.
 
Bundan başqa, Həbibin atası məşqçisi Əbdülmanap Nurməhəmmədova "Çeçenistanın Əməkdar bədən tərbiyəsi işçisi” fəxri ünvanı verilməsi haqqında sərəncam imzalayıb.
 
Qroznı şəhərinin meri İbrahim Zakriyev isə Həbibə "Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu verib.
 
 
 
 
 
 

16:32 12.10.2018
Xəbər lenti
Bütün xəbərlər