KANAL24.AZ
Az Iw En Ru

Nikol daha bir oliqarxa cinayət işi açdırdı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Gömrük Komitəsinin keçmiş rəhbəri Armen Avetisyana qarşı cinayət işi açıb.

Kanal24 xəbər verir ki, o, qeyri-qanuni sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulmasında ittiham edilib. Milli Təhlükəsizlik Xidməti Avetisyanı “Qolden Palas” mehmanxana kompleksinə sahib olmaqda günahlandırıb. Belə ki, MTX-nın iddiasına görə, kompleksi Kiprdə qeydiyyatdan keçən “Rivehil Holdinq” şirkəti tikib və bunun üçün Ermənistana milyonlarla dollar yatırıb:

“İnvestor kimi sənədlərdə Livan vətəndaşı göstərilib, amma onun şirkətə heç bir aidiyyəti olmayıb. Tikintinin gedişinə məhz Avetisyan nəzarət edib və öz vəzifəsindən istifadə edərək yaranan problemləri həll edib. Daha sonra belə bir otel Saxkadzorda tikilib.

2012-ci ildə bu mehmanxanlar kompleksini Britaniyada yaradılan “Qolden Qrup Limited” alıb. Kompleksin aksiyalarının 100%-lik sahibi Avetisyanın oğlu Artaşes olub. 2018-ci ildə Avetisyanlar İrəvanda “Qoldes palas butik” adlı yeni mehmanxana açıblar. Hər üç otelin dəyəri 90 milyon dollar olaraq dəyərləndirilir. Hazırda istintaq aparılır”.

Qeyd edək ki, Ermənistan Gömrük Komitəsi Serj Sərkisyan tərəfindən 2008-ci ildə ləğv edilib. O, Dövlət Gəlirləri Komitəsinə çevrilib.


20:00 11.10.2018
Xəbər lenti
Bütün xəbərlər