KANAL24.AZ
Az Iw En Ru

Romada təqdimat mərasimi keçiriləcək

Noyabrın 30-da Romada İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi keçiriləcək.

Kanal24 xəbər verir ki, mərasimdə İtaliyanın tanınmış simalarının, o cümlədən dünya şöhrətli müğənni Albano Korrizinin, “Formula-1” yarışlarının sabiq pilotu Cankarlo Fisikellanın, məşhur aktrisalar Elizabet Pellininin, Emanuela Titokkianın, Demetra Hamptonun, Marçesta Daniela Daraqonun, Klaudio Lotitonun, Eleonora Vallonenin və bu ölkənin mədəniyyət, idman, incəsənət aləminin digər tanınmış nümayəndələrinin iştirakı gözlənilir.

Tanınmış jurnalist Dündar Keşaplının və Rəşad Qurbanovun həmsədrləri olduqları Cəmiyyətin əsas məqsədi Azərbaycan ilə İtaliya arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələri gücləndirmək və bu münasibətlərin inkişafına töhfə verməkdir.


05:00 30.11.2015
Xəbər lenti
Bütün xəbərlər