KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Qubadadır - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanımMehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar.

Kanal24 xəbər verir ki, dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmir olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.

 

 

 

* * *

Oktyabrın 11-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Kanal24 xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.


19:15 11.10.2018
Xəbər lenti
Bütün xəbərlər