KANAL24.AZ
Az Iw En Ru

Gəncədə silahlı insident

Gəncədə güllələnmə hadisəsi baş verib.

Kanal24 Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə 29 yaşlı şəhər sakini Sənan Qurbanov odlu silah yarasıyla xəstəxanaya gətirilib.

Dərhal xəstəxananın cərahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Sənan Qurbanova odlu silahdan qarının dəlib keçən diaqnozu qoyulub.

Xəstəxanadan verilən məlumata görə, yaralını bir nəfər tanımadıqları şəxs gətirib və o, xəstəxanadan uzaqlaşıb. Sənan Qurbanov həbsxanadan bir neçə ay bundan əvvəl çıxıb.

Faktla bağlı araşdırma aparılır.


09:36 28.10.2014