KANAL24.AZ
Az Iw En Ru

“Türkiyə Ərdoğanın axmaq qərarına görə məhv olacaq” - Jirinovski

Rusiyanın Liberal-Demokratik Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Türkiyəni nüvə silahı vasitəsilə məhv etməyi irəli sürüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, siyasətçi İstanbulu darmadağın etməyin çox asan olduğunu bildirib:

“Bir nüvə bombası İstanbulu dağıtmaq üçün yetərlidir. Nəticədə elə bir dəhşətli daşqın olacaq ki, su 10- 15 m yüksələcək və 9 milyonluq əhalinin yaşadığı şəhər yerlə-yeksan olacaq”, - deyə o qeyd edib.

Partiya liderinin sözlərinə görə, Türkiyənin NATO-dakı müttəfiqləri də nüvə silahı təhlükəsi ilə üzləşməmək üçün ona kömək etməyəcəklər:

“Çünki Türkiyə artıq Rusiyanın bir nömrəli düşmənidir. Hazırda Türkiyə prezidenti, baş nazir və digər yüksək vəzifəli şəxslər çox qəzəblidirlər. Onlar nə olacağını bilmirlər. Onların yerinə olsam, Türkiyəni gözləyən hücumdan qorxardım. Prezidentin axmaq qərarı ilə ölkə ümumiyyətlə, yox olacaq”.


19:00 28.11.2015
Xəbər lenti
Bütün xəbərlər