KANAL24.AZ
Az Iw En Ru

Prezident “Sinxua” agentliyinin baş redaktorunu qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının “Sinxua” xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Kanal24 xəbər verir ki,Çinin “Sinxua” xəbər agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı “Sinxua” xəbər agentliyinin baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. 

Çin-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayaraq həmin səfərin çox yaxşı nəticələr verdiyini vurğulayıb.

İki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün çox yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı qarşılıqlı ixracın artırılması üçün əməli işlərin aparıldığını deyib.

Turizm sahəsində də əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirən prezident İlham Əliyev deyib ki, Çin vətəndaşları Azərbaycana elektron viza vasitəsilə rahat gələ bilərlər. 
Dövlət başçısı turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunu qeyd edib.

Prezident İlham Əliyev ölkələrimizin, eyni zamanda, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq etdiyini, Çindən Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılan məhsulların sayının və həcminin artdığını vurğulayıb.

Qəbula görə Çin nümayəndə heyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən “Sinxua” xəbər agentliyinin baş redaktoru Hi Pinq bunu prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi çox böyük önəmin göstəricisi kimi dəyərləndirib.

Hi Pinq Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib. “Sinxua” xəbər agentliyinin baş redaktoru, öz növbəsində, bildirib ki, 2015-ci ildə prezident İlham Əliyevin Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü və orada imzalanan əməkdaşlıq sazişləri əlaqələrimizin inkişafına çox böyük təkan verib. 

O qeyd edib ki, iki ölkənin dövlət rəhbərlərinin fəaliyyəti nəticəsində son illər Azərbaycan-Çin münasibətlərinin inkişafı uğurla davam edir.

Ölkəmizdə keçirdiyi görüşlərdən danışan Hi Pinq “Sinxua” ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Qonaq Azərbaycanda çalışan Çin şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını məmnunluqla qeyd edib. 

“Sinxua” xəbər agentliyinin baş redaktoru Çinin “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında münasibətlərin daha sürətlə inkişaf etdiyini bildirib.

* * *

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının “Sinxua” xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Kanal24 xəbər verir ki, bu haqda prezidentin rəsmi saytı məlumat yayıb.


22:40 17.09.2018
Xəbər lenti
Bütün xəbərlər