KANAL24.AZ
Az Iw En Ru

"Mən Azərbaycanı tanıyıram” layihəsinə start verilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən Azərbaycanı tanıyıram” layihəsinə start verib.

ATGTİ-dən Kanal24-ə bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə Nigar Süleymanlı rəhbəri olduğu layihə barədə məlumat verib. Qeyd olunub ki, layihə Azərbaycanın ali təhsil müəssisələrinin əcnəbi tələbələri arasında ölkəmizin tarixinin, mədəniyyətinin, milli dəyərlərinin təbliği məqsədini daşıyır. İlkin mərhələdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında bilik yarışları keçiriləcək. Həmin yarışlarda iştirakçılara Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və milli dəyərlərinə dair suallar veriləcək.

Layihə çərçivəsində əcnəbi və yerli tələbələrin görüşləri təşkil olunacaq, onlar arasında faydalı müzakirələrin aparılması təmin ediləcək.


00:38 25.11.2015
Xəbər lenti
Bütün xəbərlər