KANAL24.AZ
Az Iw En Ru

Bu gün Milli Məclisdə deputat mandatları təqdim olunacaq

Bu gün Milli Məclisin yeni deputatlarına deputat mandatları təqdim ediləcək.

Artıq millət vəkili seçilmiş şəxslərin deputat mandatları Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb. Bu gün Milli Məclisdə deputat mandatlarının təqdim olunma mərasimi keçiriləcək.

Qeyd edək ki, seçkilərin nəticəsində 125 deputat yerindən 124-də millət vəkili elan olunub. Bir secki dairəsində nəticələr ləğv edilib.

MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. Sözügedən dairədən "Azəriqazbank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat mandatı qazanmışdı.


18:30 24.11.2015