KANAL24.AZ
Az Iw En Ru

Yevlaxda avtomobil su kanalına aşdı - XƏSARƏT ALAN VAR

Yevlax rayonunda yol qəzası baş verib. 

Kanal24 "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun 7-ci kilometrliyində, Əkşəm kəndi yaxınlığında qeydə alınıb. 
 
Belə ki, "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 
 
Faktla bağlı araşdırma aparılır.

00:27 16.08.2018
Xəbər lenti
Bütün xəbərlər