KANAL24.AZ
Az Iw En Ru

Sağlamlıq imkanları məhdud olan gənclərə bayram süfrəsi açıldı

Kanal24.az xəbər verir ki, oktyabrın 3-də Ramana qəsəbəsindəki "Sağlamlıq İmkanları Məhdud olan Gənclərin Peşə Mərkəzi"ndə müqəddəs Qurban bayramı ilə əlaqədar tədbir keçirilib.

Tədbiri Mərkəzin direktoru Rəhilə xanım Həsrətova açaraq dövlətimiz tərəfindən əlillərə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etdi.

"Yeni Yurd"Sosial İnkişaf İctimai birliyinin sədri Hacı xanım Mahirə Əsədova, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin İcraçı direktoru, "Ana harayı"qəzetinin baş redaktoru Şamil Sabiroğlu, I dərəcəli müharibə əlili, "Arabaçı TV"-nin əməkdaşı İlham Məhərrəmov, tanınmış müğənni Samir Salam və başqaları çıxış edərək Qurban bayramının insanlar arasında yaratdığı mənəvi birlik-bərabərlikdən danışdılar. M.Ə.Sabir adına Mədəniyyət evinin "Karvan "instrumental ansamblının üzvləri və "Leyla" rəqs qrupu maraqlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış etdilər.


06:30 04.10.2014
Xəbər lenti
Bütün xəbərlər