KANAL24.AZ
Az Iw En Ru

Britaniyalı hicablı qadını metro qatarının altına itələyib

Kişi qadının arxasında dayanmışdı.

Britaniyada kişi müsəlman qadını öldürməyə cəhddə ittiham edilir.

O, müsəlman qadını dəmiryoluna, metro qatarının altına atmaq istəyib.

Müşahidə kamerasının qeydə aldığı videoda Londonda kişinin hicablı müsəlman qadının arxasında platformada dayandığı görünür.

Qatar tuneldən çıxdıqdan sonra o, qadını itələyir.

Oxu.Az dayonline.ru-ya istinadən xəbər verir ki, qadın qatarın vaqonuna çırpılıb, daha sonra platformaya yıxılıb.

Platformada olan sərnişinlər ona ayağa qalxmağa yardım ediblər. Hadisənin Londonun “Pikadili meydanı” stansiyasında baş verdiyi məlumdur. Qadın yüngül xəsarətlər alıb.

Təqsirkar 81 yaşlı yapon Yoşiyuki Şinoxara olub, Daily Mail yazır. Təqaüdçü həbs edilib və məhkəməyə qədər göz altında saxlanılacaq, KİV-in yaydığı məlumata görə, məhkəmə noyabrın 25-də baş tutacaq.

KİV qeyd edir ki, polis kişinin hücum motivlərini aydınlaşdırır. Onu bu hərəkətə Parisdə baş verən hadisələrin sövq etməsi də istisna edilmir, hadisə noyabrın 13-də məhz terror aktları baş verən gün olub.

Videonun tarixi qeyd edilən orijinalı Independent-də yerləşdirilib.


02:00 19.11.2015
Xəbər lenti
Bütün xəbərlər