KANAL24.AZ
Az Iw En Ru

Naməlum və qəribə adamın kim olduğu bilindi - G20 Sammiti

Türkiyənin Antaliya şəhərində baş tutan G20 sammitində ABŞ prezidenti Obama və Rusiya prezidenti Putin danışan zaman kameralara tuş gələn qəribə adamın kim olduğu və bunu nə məqsədlə etdiyi ortaya çıxıb.

G20 sammitinin gerçəkləşdiyi oteldə Obama və Putinin danışıqları zamanı kameralara baxaraq iki liderə tərəf yaxınlaşan gizli şəxs, “Ağ ev”də xüsusi köməkçi olan Duncan Teter adlı şəxsdir.

Teterin qəribə hərəkətlərinin səbəbi isə, həmin anda liderlərin danışığını görüntüləyən Rusiya televiziyasının kamerasının qarşısını kəsərək, liderlərin nə danışdığını dodaqlarından oxunmasının qarşısını almaq olub.

Ancaq kameraların istiqametini dəqiq müəyyən edə bilmədiyi üçün Teterin cəhdi uğursuz alınıb.


20:00 18.11.2015
Xəbər lenti
Bütün xəbərlər