KANAL24.AZ
Az Iw En Ru

MTN polkovniklərinin evində - Axtarış

Eldar Mahmudov-Akif Çovdarov kriminal qruplaşmasının ifşa olunması əməliyyatları çərçivəsində MTN-in yüksək rütbəli daha üç əməkdaşı istintaqa cəlb olunub.

Bunlar polkovnik Rəsul Rəsulov, polkovnik-leytenant Elxan Ömərov və polkovnik-leytenant Əli Nəbiyevdir. Onların hər üçü bu gün artıq qətldə, adam oğurluğunda və banditizmdə də ittiham olunan general Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları olub.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat daxil olub.

Xəbərə görə, hər üç MTN əməkdaşının mənzillərində və iş otaqlarında axtarışlar aparılıb.

***

Trend-in məlumatına görə, həmin idarənin əməkdaşları - idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov da istintaqa cəlb olunublar.


02:00 18.11.2015
Xəbər lenti
Bütün xəbərlər