KANAL24.AZ
Az Iw En Ru

FIDE prezidenti vəzifəsindən kənarlaşdırıldı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlyumjinovu vəzifəsindən kənarlaşdırıb.

Kanal24 xəbər verir ki, bu barədə FIDE-nin Etika Komissiyası yekdilliklə qərar qəbul edib. 

İlyumjinov Etika Kodeksini pozmaqda günahlandırılır. 56 yaşlı funksionerin səlahiyyətləri bu gündən 18 ay müddətinə müvəqqəti dondurulub. Dərhal kənarlaşdırılma 6 ay – 12 yanvar 2019-cu ilədək qüvvədə olacaq. Qalan 12 aylıq diskvalifikasiya isə iki ildən sonra tətbiq olunacaq. 

FIDE prezidenti seçkisi bu il oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Milliyyətcə kalmık olan və Kalmıkiyanın ilk prezidenti olmuş İlyumjinov bu vəzifədə 1995-ci ilin noyabrından çalışırdı. 

Qeyd edək ki, hazırda ali şahmat qurumunun rəhbəri postuna rusiyalı Arkadi Dvorkoviç əsas namizəddir. 


20:18 13.07.2018
Xəbər lenti
Bütün xəbərlər