KANAL24.AZ
Az Iw En Ru

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı

Xəzəryanı ölkələrin sammiti avqustun birinci yarısında Aktauda keçiriləcək. 

Kanal24-ün “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bunu Qazaxıstan xarici işlər naziri Kayrat Əbdrəhmanov deyib.

“Sammitin keçirilmə vaxtı ilə bağlı təkliflər var. Ancaq vaxtı sammiti keçirən tərəf müəyyənləşdirməlidir. Sammit avqustun birinci yarısına planlaşdırılıb”, - o bildirib.

Qeyd edək ki, bu sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.


02:00 12.07.2018
Xəbər lenti
Bütün xəbərlər