KANAL24.AZ
Az Iw En Ru

Vüsal Hüseynovu kim əvəzlədi?

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

Kanal24 xəbər verir ki, nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilib.

Belə ki, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Vüsal Hüseynov idi. 

O, ölkə başçısının imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi  təyin edilib.


20:22 03.07.2018
Xəbər lenti
Bütün xəbərlər