KANAL24.AZ
Az Iw En Ru

Hava pisləşəcək - Güclü külək, leysan, daşqın gözlənilir

Bakıda və Abşeron yarımadasında iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 16-sı axşam bəzi şimal və qərb rayonlarında, 17-si gündüzdən 19-u gündüzədək isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

01:11 15.06.2018
Xəbər lenti
Bütün xəbərlər