KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" İctimai Birliyi məcburi köçkünlərə bayram sovqatı payladı

Kanal24.az xəbər verir ki, bu gün “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin təşkilatçılığı ilə Qurban bayramına həsr olunan tədbir keçrilib. 70 nəfərin iştirakı ilə keçrilən tədbir "Yeni Yurd"-un inzibati binasının həyətində baş tutub.

Birliyin İcraçı direktoru Şamil Sabiroğlu tədbiri açıq elan edərək, gələn qonaqları salamlayıb. İlk olaraq, söz “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri  Mahirə xanım Əsədovaya verilib. Mahirə xanım, dünya müsəlmanlarının bu bayramı böyük təntənə ilə keçirdiyini vurğulayıb və hər kəsin bayramını təşkilatın bütün fəalları adından təbrik edib. Xocalı şəhidi, Milli Qəhrəmanımız Füzuli Rüstəmovun bacısı Fiqurə xanım, Xocalı rayon İcra Hakimiyyətinin məsul əmakdaşı Xəlil Vəliyev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyin Binəqədi şöbəsinin sədri Ayna Novruzova və başqaları çıxış edərək, belə xeyirxah addıma görə “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədovaya xüsusi təşəkkür ediblər.  Gənc müğənni Samir Salam dini musiqiləriylə hər kəsi salamladı. Böyük ziyalıların və musiqçilərin çıxışları ilə başa çatan tədbirdə təşkilatın fəallarına və 60 nəfər məcburi  köçkün və kasıb ailələrə bayram sovqatı olaraq, ət, düyü və çaylar paylanılıb.

 


23:00 04.10.2014
Xəbər lenti
Bütün xəbərlər