KANAL24.AZ
Az Iw En Ru

Bu gün Radio və Televiziya İşçilərinin peşə bayramıdır

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Kanal24 xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir.

Azərbaycan Televiziyasının yaranmasından sonra isə bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. 

İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə iki telekanal fəaliyyət göstərir. “İnterAz” telekanalı isə Azərbaycanda və Rusiyada yayımlanır.


18:02 06.11.2015
Xəbər lenti
Bütün xəbərlər