KANAL24.AZ
Az Iw En Ru

Vaqif Axundov nazir təyin olunacaq?

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun Milli təhlükəsizlik naziri təyin olunacağı gözlənilir.

Məlumatı azadliq.info yayıb. Xəbərdə bildirilir ki, son vaxtlar XDMX-dən MTN-ə olan bir sıra transferlər də səbəbsiz deyil, bu, general Vaqif Axundovun MTN rəhbərliyinə gətirilməsi ilə bağlıdır.

Saytın yazdığı digər xəbərə görə, “Sədərək” Ticarət Mərkəzində çalışan 50-dən çox sahibkar “MTN işi” ilə bağlı istintaqa çağırılıb. Buna səbəb MTN-dəki şəbəkənin vaxtaşırı “Sədərək” Ticarət Mərkəzindəki sahibkarları şantaj edərək onlardan xərac alması ilə bağlıdır. İstintaq bu məsələnin bütün detallarını üzə çıxarmaq üçün sahibkarların dindirilməsi zəruri sayıb.


16:36 04.11.2015