KANAL24.AZ
Az Iw En Ru

Bu qidalar ömrümüzü məhv edir

Depressiyadan uzaq qalmaq istəyirsinizsə onda qəti limonad içməyin. Mütəxəsisslərin sözlərinə görə, limonadların tərkibinə aspartam adlı dadlandırıcı əlavə olunur. Bu da insanlarda depressiya, panika kimi halların inkişafına gətirib çıxarır. Bundan başqa limonadın tərkibində olan müxtəlif rəngləndiricilər, kimyəvi maddələr orqanizmdə yığılaraq mədə və dəri xəstəliklərinə səbəb olur.

Tərkibi kimyəvi maddələrlə zəngin olan fast food-lar da ən zərərli qidalar siyahısındadır. Hətta aparılan araşdırmalar nəticəsində siqaretdən istifadə zamanı yaranan fəsadların elə fəst foodlar və ya geni dəyişdirilmiş məhsullardan aramsız istifadə nəticəsində ortaya çıxan fəsadlarla eyni olduğu məlum olub.

Mayonez, ketçup kimi hazır souslar da sağlamlığmızı ciddi təhlükə altında qoyur. Səbəb isə bu qidaların tərkibində olan dadverici və konservantlardır.

Sağlamlıq üçün ziyanlı olan digər məhsul isə toz halında olan yemək və içkilərdir. Bu cür məhsullar bir çox xəstəliklə yanaşı, mədə xərçənginə də səbəb olur.


21:37 03.11.2015
Xəbər lenti
Bütün xəbərlər