KANAL24.AZ
Az Iw En Ru

Silahlı Qüvvələrdə NATO-nun əməliyyat planlaşdırma kursu başlayıb

Təlim kursu noyabrın 6-da başa çatacaq.

Bu gün Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, təlimə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər qoşun növlərindən olan zabitlər cəlb olunublar.

Kurs müddətində iştirakçılara alyansın hərbi strukturu və tərəfdaşlıq, əməliyyat-planlaşdırma prosesi, onun fazaları, strateji mühitin əməliyyat qiymətləndirilməsi, fəaliyyət tərzlərinin hazırlanması və müqayisə edilməsi, NATO-nun çevik qüvvələri və s. mövzular barədə məlumatlar veriləcək.

Təlim kursu noyabrın 6-da başa çatacaq.

 


02:25 03.11.2015
Xəbər lenti
Bütün xəbərlər