KANAL24.AZ
Az Iw En Ru

İrana gedənlərə şad xəbər

İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətini 30 günədək uzadıb.

Kanal24 xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Səfir qeyd edib ki, Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb.

Xatırladaq ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.


01:06 03.11.2015
Xəbər lenti
Bütün xəbərlər