KANAL24.AZ
Az Iw En Ru

MDB missiyasının rəhbəri: Azərbaycanda seçkilər şəffaf və demokratik keçirildi

Azərbaycanda sülh və sabitlik bundan sonra da ölkənin inkişafının ardıcıl davam edəcəyinin təminatıdır. Bunu MDB Müşahidə Missiyasının rəhbəri, strukturun icraçı katibi Sergey Lebedev Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan parlamentinə seçkilərdə səsvermə fəal keçdi, bəzi məntəqələrdə növbələr var idi: "Qərb ölkələrində belə seçici fəallığı çox olmur".

S.Lebedev qeyd edib ki, cüzi texniki pozuntular qeydə alınıb, lakin ümumilikdə seçkilər şəffaf və demokratik keçirilib.


18:08 02.11.2015