KANAL24.AZ
Az Iw En Ru

Mayın 3-də planetlər mini parad edəcək - ALİM XƏBƏRDARLIĞI

Bu gün planetlərin mini-paradını izləmək mümkün olacaq.

Kanal24 xəbər verir ki, alimlər 6 göy cisiminin bir xətt üzrə praktik olaraq ard-arda düzüləcəyini iddia edir. Heyrətamiz astronomik mənzərə cənub üfüqündən daha yaxşı görüləcək. Mars, Saturn, Ay, Yupiter, Spika və Antares praktik olaraq Bakı vaxtı ilə səhər saat 4-də eyni xətt üzərində düzüləcək.

Alimlər Müşahidəyə başlamaq üçün ən uyğun vaxtın mayın 3-nə keçən gecə saat 2 olduğunu düşünürlər. İlk olaraq Yupiter və Spika planetləri, daha sonra Ay və Saturn səmada bir sıraya gələcək. Antaresidən sonra 3:30-da sıraya qatılan Mars cərgəni tamamlayacaq.

Alimlər bu hadisəni yalnız mini-parad olaraq adlandırırlar. Çünki Günəşdən bir tərəfdə yerləşən kiçik sahədə yalnız üç planet- Ay və iki ulduz düzülür. Parad halında hərəkət hesablanması üçün isə azı 4 planetin olması vacibdir.


16:29 03.05.2018
Xəbər lenti
Bütün xəbərlər