KANAL24.AZ
Az Iw En Ru

Lənkəranda güclü yağış yağır: 150 ailə təxliyə edilib

Hazırda Lənkəranda yağışlar davam edir. Yağıntının fəsadlarının qarşısını almaq üçün rayon fövqəladə hallar komissiyası ərazidə iş aparır, tədbirlər həyata keçirilir. Bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, yağış yağan ərazilərdən əhalinin təxliyəsi davam edir. , Əhali, əsasən, İstisu qəsəbəsi, Girdəni, Vilvan, Sütəmurdov kəndlərinin ərazisindən köçürülür. İndiyə qədər 150-yə yaxın ailə köçürülüb.

İcra Hakimiyyətindən bildirilib ki, yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağlıb. Vəziyyət hələ ki gərgindir. Yağış davam edir.

X X X

Lənkəran rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağışlar nəticəsindəİstisu qəsəbəsində də bir körpü uçulub. Hazırda qabaqlayıcı tədbirlər davam edir.

Məlumata görə, yağıntılar aylıq normadan 50 faiz çox düşüb.


21:35 30.10.2015
Xəbər lenti
Bütün xəbərlər