KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən bahalı 8 meyvəsi - FOTOLAR

Meyvələr həm ləzzətləri, həm də sağlam qidalanmaq üçün ən önəmli və sevilən təamların başında gəlir. 

 
Bəlkə də adını ilk dəfə eşidəcəyiniz bu meyvələr həm qiymət, həm də ləzzət baxımından sizi çox təəccübləndirəcək. Xüsusilə ekzotik sahələrdə Uzaq Şərqdə yetişən bu meyvələr qiymət etibarilə də hər kəsin diqqətini öz üzərinə çəkə bilir.
 
1. Yubari Yemişi
 
 
Yaponiyaya məxsus bu meyvə olduqca ləzzətlidir. Adətən cüt halında satılan yemiş qiymətli əşya kimi də sakinlər bir-birinə hədiyyə verir. Vulkanik torpaqda yetişdiyi üçün dünyanın ən ləzzətli və sulu yemişi olan Yubari yemişi 26.000 dollara satılır. 
 
2. Densuke Qarpızı
 
 
Bu qarpız da Yaponiyaya aid bir meyvədir. Digər qarpızlardan fərqi əlbəttə ki, qiymətində və dadındadır. Dünyada yalnız Yaponiyanın Hokkaydo adasında yetişən bu qara qarpızlardan ildə sadəcə 10.000 ədəd istehsal olunur. İnanılmaz dərəcədə sulu və ləzzətli olan bu qarpızın qiyməti isə 6300 dollardır.
 
3. Durian
 
 
Malayziya və İndoneziyada yetişdirilir və Durians olaraq da adlandırılır. Meyvələrin kralı adlandırılan bu meyvənin qabığı kəskin olur, ancaq buna baxmayaraq dadı dillər əzbəridir. Durianın 1 ədədi 200 dollar civarındadır.
 
4. Yapon Yaqut Üzümü
 
 
Yalnız Yaponiyada yetişdirilən qırmızı rəngli üzüm dünyanın ən bahalı meyvələrinin başında gəlir. Təqribən bir stolüstü tennis topu boyda hər bir üzüm dənəsi 20 q ağırlığındadır. Bir salxım üzüm isə 700 qram ağırlığındadır. Bu çəkidə olanlar çox nadir növ olduğu üçün bazarda 6.400 dollara satılır.
 
5.  Kvadrat Qarpız
 
 
Kvadrat qarpız da yenə Yaponiyaya xasdır. Yaponiyada yetişdirilən kvadrat qarpızının oxşarı hər biri təxminən 300 dollara satılır. Bu növ meyvənin  dəyəri isə 800 dollardır.
 
6. Monstera Deliciosa
 
 
Orta Amerikada Cənubi Meksika və Qvatemalada yetişən tropik bir meyvədir. Bu bitkinin bir dənəsi 50 dollardır.
 
7. Cupuacu
 
 
Cənubi Amerikaya xas bu meyvə sağlamlıq baxımından saysız-hesabsız faydalı olduğu bilinir. Bu meyvənin 450 qramı 250 dollara satılır.

20:12 29.04.2018
Xəbər lenti
Bütün xəbərlər