KANAL24.AZ
Az Iw En Ru

Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Kanal24-ə daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 16-19,  Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. 

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 29-da bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi  yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. 

 

 


20:47 28.04.2018
Xəbər lenti
Bütün xəbərlər