KANAL24.AZ
Az Iw En Ru

Ermənilər Tərtər sakinini yaralayıblar

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində dinc sakin yaralanıb.

Kanal24.az EL TV-yə istinadən xəbər verir ki, kənd sakini Alqayıt Qasım oğlu Quliyev ayağından güllə yarası alıb.

Qeyd edək ki, Ermənistan hərbi birləşmələri iki gün öncə Tərtərin Qapanlı kəndində su arxını təmizləyən ekskavatoru atəşə tutub. Ermənilər bu günədək həmin texnikanın ərazidən çıxarılmasına imkan vermirlər.

Alqayıt Quliyev də bu gün həmin texnikanı ərazidən çıxararkən yaralanıb.


23:57 04.10.2014
Xəbər lenti
Bütün xəbərlər