KANAL24.AZ
Az Iw En Ru

Xoşqədəmin verilişləri bərpa olunacaq - Açıqlama

“Xoşqədəm Baxşəliyevanın “Xoşqədəmlə axtarıram səni” və "Sən tək deyilsən" verilişləri efirə çıxacaq”.

Kanal24 xəbər verir ki, bu barədə AzNews.az-a ANS Şirkətlər qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov bildirib. O, sözügedən verilişin efirə nə vaxt yayınması ilə bağlı dəqiq məlumata malik deyil: 
“Veriliş efirə qayıdacaq. Amma nə vaxt çıxacaq, onu deyə bilmərəm”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Xoşqədəmlə axtarıram səni” və "Sən tək deyilsən" verilişlərinin yayımında təkrar qanun pozuntusu olarsa, sözügedən qurum tərəfindən yenidən onlara cəza tətbiq ediləcəyini bildirib.

Xatırladaq ki, MTRŞ sentyabrın 30-da keçirdiyi iclasında “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarını 5 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.


20:24 28.10.2015