KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev İsrail prezidentinə məktub göndərdi

Azərbaycan dövlət başçısı İlham Əliyev İsrail Prezidentinə məktub göndərib.

Kanal24-ün xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah arzulayıram".


01:45 19.04.2018
Xəbər lenti
Bütün xəbərlər