Bu gün prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.
Kanal24 xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlət başçısı əsgərləri salamlayıb.
Prezidentin Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.
Sonda xatirə şəkli çəkdirilib.