KANAL24.AZ
Az Iw En Ru

Prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib

Aprelin 11-də keçirilən prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

O bildirib ki, 57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsinin, 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin 10 saylı məntəqəsinin, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub. O bildirib ki, bu məntəqələrdə pozuntu halı aşkarlanıb. 


19:28 15.04.2018
Xəbər lenti
Bütün xəbərlər