KANAL24.AZ
Az Iw En Ru

Qubaya və Qusara 48 sm qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 48 sm qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 48 sm, Qırız kəndində 28 sm, Xaltanda 12 sm, Qusarın Ləzə kəndində isə 20 sm, Xızının Altıağac qəsəbəsində 16 sm qalınlığında qar yağıb. 


18:36 15.04.2018
Xəbər lenti
Bütün xəbərlər