KANAL24.AZ
Az Iw En Ru

Bakıda yaşayış binasında YANĞIN - Sakinlər təxliyyə edildi

Paytaxtda yaşayış binasında yanğın olub.

Kanal24 Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m2 olan köməkçi tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub. Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


04:54 15.04.2018
Xəbər lenti
Bütün xəbərlər