KANAL24.AZ
Az Iw En Ru

Heydər Əliyevin atasına maraqlı təbriki (FOTO)

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev "ekzit-poll” nəticələrinin elan olunmasından dərhal sonra sosial şəbəkədə paylaşım edərək, atasını təbrik edib.

 
Kanal24 xəbər verir ki, Heydər Əliyev atası ilə birgə fotosunu paylaşaraq yazıb:
 
"Sevimli prezidentimizi və əziz atamı ürəkdən təbrik edirəm. Qoy günəş daim Azərbaycanın və dünyanın üzərinə parlasın”.
 
Qeyd edək ki, yerli və beynəlxalq təşkilatların keçirdiyi 4 "ekzit-poll”un nəticəsinə görə, bugünkü seçkilərdə İlham Əliyev 82-87 faiz səs toplayıb.

22:13 12.04.2018
Xəbər lenti
Bütün xəbərlər