KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev 86,53% səs toplayıb - “Exit poll”un nəticələri

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Kanal24-ün məlumatına görə,  Mərkəzin  rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı.
 
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:
 
İlham Əliyev – 82,71 faiz
Qüdrət Həsənquliyev – 4,23 faiz
Sərdar Cəlaloğlu - 3,56 faiz
Zahid Oruc - 3,37 faiz
Hafiz Hacıyev - 2,1 faiz
Araz Əlizadə - 1,87 faiz
Fərəc Quliyev - 1,33 faiz
Razi Nurullayev 0,92 faiz

* * * 

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
 
Nəticələr aşağıdakı kimidir:
 
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 86,53%;
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;
 
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 2,92%;
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%;
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1, 73%;
 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21 %;
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1, 03%;
 
“Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0, 67%;
 
“Exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.


02:57 12.04.2018
Xəbər lenti
Bütün xəbərlər